Putin xalqa müraciət etdi - Video

putin-xalqa-muraciet-etdi
Oxunma sayı: 2888

Rusiya Prezidenti Vladimir Putin ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı xalqa müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya liderinin müraciəti “Birinci kanalın” efirində yayımlanıb. 

Putin öz müraciətində artıq sabah ölkədə seçki məntəqələrinin açılacağını xatırladıb. 

Onun sözlərinə görə, seçkilərin yekunu gələcək illərdə ölkənin inkişafına birbaşa təsir edəcək: “Bu, vacib, çox məsuliyyətli hadisədir”.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15, 16 və 17-si baş tutacaq. Ölkə prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparacaq.