Qadınlar Günü Xəzərdə qeyd olundu - Fotolar

qadinlar-gunu-xezerde-qeyd-olundu
Oxunma sayı: 1064

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Xəzər rayonunda bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Xəzər RİH başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatınının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər Rayon Məhkəməsinin sədri Şeyda Məhərrəmova, RİH başçısının müavinləri, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığı ilə seçilən xanımlar, şəhid ailələrinin xanım üzvləri iştirak ediblər.

Elşən Salahov bu gözəl gün münasibətilə şəhid anaları başda olmaqla bütün Azərbaycan qadınlarını təbrik edib.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində qadınların əvəzsiz rolundan danışan E.Salahov, Vətən müharibəsi dövründə gənclərimizin dövlətçiliyimizə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvəsini sərf edən Azərbaycan qadınlarının əməyinin danılmaz olduğunu vurğulayıb.

Çıxış edən digər qonaqlar da bütün qadınları təbrik edib, ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışaraq, milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadıqlarını qeyd ediblər.

Sonda rayonun ictimai həyatında fəal iştirakına və əmək fəaliyyətində əldə edilmiş nailiyyətlərə görə Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup tədbir iştirakçısı Xəzər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının Fəxri Fərmanları ilə təltif edilib, onlara gül dəstələri və bayram hədiyyələri təqdim olunub.