“Qalatasaray” məşhur futbolçunu icarəyə götürür

qalatasaray-meshur-futbolcunu-icareye-goturur
Oxunma sayı: 3776

Türkiyənin “Qalatasaray” klubu slovakiyalı futbolçu Milan Şkrinyarı heyətə qatmaq istəyir.

“Qafqazinfo” xəbər verir ki, İstanbul klubu bununla bağlı futbolçunun çıxış etdiyi PSJ-yə təklif göndərib.

“Cim-Bom” müdafiəçini icarəyə götürmək niyyətindədir. PSJ-nin bu keçidə razılıq verdiyi deyilir.

Son qərarı isə M.Şkrinyar özü verəcək.