“Qarabağ” darmadağınla növbəti mərhələdə! - Fotolar

qarabag-darmadaginla-novbeti-merhelede
Oxunma sayı: 10515

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” II təsnifat mərhələsinin cavab matçında “Dandolk”u qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, “Dalğa Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Atlılar”ın qollarına komandanın yeni transferləri imza atıb. 12 və 87-ci dəqiqədə Xayme Romero fərqlənib, digər qolu isə 76-cı dəqiqədə Aylton Silva vurub.

Xatırladaq ki, bu komandaların Dublində keçirilən oyunu 1:1 hesabı ilə başa çatmışdı.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Kiprin APEOL klubu ilə qarşılaşacaq.

Fotolar: Nuran Məmmədov