“Qarabağ” - “Neftçi” oyununda qalmaqal - Fotolar

qarabag-neftci-oyununda-qalmaqal
Oxunma sayı: 4631

Azərbaycan Kubokunun final görüşü başa çatıb.

Qafqazinfo” xəbər verir ki, həlledici qarşılaşmada “Qarabağ” “Neftçi”yə qalib gələrək kuboka sahiblənib.

Gərgin keçən qarşılaşmada oyunçuların da əsəbləri tarıma çəkilib. Oyunda 120-ci dəqiqədə vurulan yeganə qoldan sonra futbolçular arasında gərginlik artıb.

“Qarabağ”ın oyunçusu Reynaldo rəqib komandanın futbolçusuna qarşı kobud hərəkət edərək, topsuz vəziyyətində onun ayağına toxunub. Hakim bunu qırmızı vərəqə ilə qiymətləndirib və Reynaldo meydançadan uzaqlaşdırılıb. O isə buna etiraz edərək rəqib futbolçunun üzərinə gedib.

Bundan başqa, “Neftçi”nin futbolçusu Ramos da Kintanaya qarşı etdiyi kobud hərəkətdən sonra meydandan kənarlaşdırılıb.

Fotolar: Nuran