“Qarabağ” bu gün qələbələrimizi, uğurlarımızı idman meydançalarında simvolizə edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar İskəndərov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Kifayət qədər idman nailiyyətlərimiz var. İdman sahəmizin zəif olduğu tərəflər də var, amma ümumiyyətlə nəticələrimiz qənaətbəxşdir, yaxşıdır. Əsasən də bizə 2 gün öncə tarixi qələbəni yaşadan “Qarabağ” futbol klubunun fantastik qələbəsini ürəkdən təbrik edirik. Bu qələbənin mayasında iki əsas məsələ var.
Birincisi, 30 ilə yaxın müddətdə qan yaddaşımız olan “Qarabağ” adını dünyada “Qarabağ” simvolizə edir. Tarixi qələbəmizi “Qarabağ” idman arenasında davam etdirir İkincisi, “Qarabağ” Avropa Liqasında kiçik – hardasa, 25 milyon avrodan bir az artıq büdcə ilə özündən 5-6 dəfə böyük büdcəli komandaları məğlub edir. Burada yenə Azərbaycanı qələbə simvolizə edir. Komandada döyüşkən ruhun olması, 2:0 uduzduqdan sonra 3:2 udması sadəcə fantastikadır”, - deputat bildirib.
***
Komitə sədri Şahin İsmayılov əlavə edib ki, böyük futbol hadisəsinin nə olduğunu təkcə hiss etmirik, həm də görürük:
“Qarabağ” klubu ideal sistem nəticəsində dəfələrlə böyük büdcəyə malik olan komandaları məğlub edib. Oyunçular gəlir-gedir, amma sistem olduğu kimi qalır. Əminik ki, “Qarabağ” növbəti oyunlarda da yaxşı nəticə göstərərək xallar qazanacaq. Məndə olan məlumata görə, Gənclər və İdman Nazirliyi tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” yeni qanun layihəsi yekunlaşdırılıb və yaxın günlərdə burada müzakirə edəcəyik”.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər