“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun kollektivi İngiltərədə “Nyukasl”la münasibətlərə aydınlıq gətirəcək.
Matç saat 00:00-da start götürəcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.
Xatırladaq ki, Bakıdakı ilk görüşdə “Nyukasl” 6:1 hesabı ilə qalib gəlib.
***
Komandaların start heyətləri açıqlanıb.
“Nyukasl”: Eron Ramzdeyl, Sven Botman, Joelinton, Sandro Tonali, Xarvi Barns, Uilyam Osula, Kiran Tripper (k), Ceykob Mörfi, Nik Voltemade, Den Bern, Aleks Mörfi
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Joni Montiel, Bədavi Hüseynov (k), Dani Bolt, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
***
Matç başladı.
***
5-ci dəqiqədə meydan sahibləri hesabı açır. Sandro Tonali fərqlənir.
***
6-cı dəqiqədə Joelinton hesab arasında fərqi artırır.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
50-ci dəqiqədə Kamilo Duran təmsilçimizin ilk qolunu vurur.
***
52-ci dəqiqədə Sem Botman ingilislərin 3-cü qolunu vurur.
***
56-cı dəqiqədə təmsilçimiz penaltini qeyri-dəqiq yerinə yetirsə də, ikinci zərbə ilə Elvin Cəfərquliyev adını tabloya yazdırmağı bacarır.
***
Kamilo Duran zədələnərək meydanı tərk edir.
***
“Sent Ceyms Park” stadionunda baş tutan maraqlı mübarizə meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
İki oyunun nəticəsinə görə (cəmi: 9:3) rəqibinə məğlub olan Ağdam təmsilçisi bu mövsüm avrokuboklardakı çıxışını pley-off mərhələsində tamamlayıb.
Qeyd edək ki, “Nyukasl” növbəti mərhələdə – 1/8 finalda “Barselona” və ya “Çelsi” cütlüyündən biri ilə qarşılaşacaq.





Son xəbərlər
Son Xəbərlər