Qardaşını öldürən şəxslə bağlı açıqlama

qardasini-olduren-sexsle-bagli-aciqlama
Oxunma sayı: 1838

Bakıda 52 yaşlı qardaşını bıçaqlayaraq öldürməkdə şübhəli bilinən Elçin Camalov saxlanılıb.

Nəsimi rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, martın 18-də saat 23 radələrində Nəsimi rayon ərazisində 1968-ci il təvəllüdlü Camalov Etibar Feyzəmməd oğluna məxsus üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib.

Araşdırmalarla zərərçəkmişin qardaşı 1969-cu il təvəllüdlü Elçin Camalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Etibar Camalova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Elçin Camalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.