Qazaxda vəkil intihar etdi

qazaxda-vekil-intihar-etdi
Oxunma sayı: 3860

Qazax rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Hüseynbəyli kənd sakini Mahmudov Rüfət Əsəd oğlu həyatına qəsd edib.

R.Mahmudov hüquqşünas olub. O, Azərbaycanın Vəkillər Kollegiyasının üzvü, Qazax rayon Vəkil bürosunun vəkili kimi fəaliyyət göstərirmiş.

Faktla bağlı araşdırma aparılır.