Qazaxıstanda da zəlzələ oldu

qazaxistanda-da-zelzele-oldu
Oxunma sayı: 1490

Qazaxıstanın şərqində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 23:42-də baş verib. Zəlzələnin episentri Çin sərhədinə yaxın Jarkent şəhərindən 40 km məsafədə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.