Qəbələdə zəhərlənənlərin sayı 75-ə çatdı - Rəsmi

qebelede-zeherlenenlerin-sayi-75-e-catdi
Oxunma sayı: 4463

Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərib sayı 75 nəfər olub.

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya daxil olan məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, qalanları kişilərdir. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımı yardım edilib. 

Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4 ü buraxılıb. Hal hazırda xəstəxanada 2 nəfər qalıb.

Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir. 

Günel Hacı