Qəhrəman polkovnik-leytenant izdihamla yola salınır - Fotolar

Qəhrəman polkovnik-leytenant izdihamla yola salınır
Oxunma sayı: 19924

Aprelin 4-də qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun polkovnik-leytenantı, Raquf Orucov doğulduğu Sumqayıt şəhərində vida mərasimi keçirilir.

“Qafqazinfo”nun dəfndə iştirak edən əməkdaşının məlumatına görə, mərasimdə zabit və əsgərlər, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin nümayəndələri və şəhər sakinləri iştirak edibler.

Şəhidin qardaşı Zabil Orucov çıxış ederek vida mərasiminə gələn hər kəsə təşəkkürünü bildirib:

“Burada əsgərləri də görürəm. İnanın, qardaşım məndən çox onların qardaşıdır. Onlarla daha çox vaxt keçirirdi. Bu qədər insan bizi tək qoymadı. Qardaşımı ağlaya-ağlaya yox, alqışlarla yola salırıq. Anamız da şəhid olmuşdu. Şəhid ananın şəhid oğlu oldu”.

Allah rəhmət eləsin!

Elvin 

Fotolar: Nuran