“Qərbin Ukrayna ilə bağlı iki ssenarisi var” - Vuçiç

qerbin-ukrayna-ile-bagli-iki-ssenarisi-var
Oxunma sayı: 3990

“Ukraynada münaqişənin inkişafı üçün Qərbin iki ssenarisi var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “B92” telekanalına müsahibəsində bildirib.

“Ya Qərb Rusiya ilə tamhüquqlu münaqişə yolunu seçəcək, ya da ABŞ və Çinin köməyi ilə hansısa barışıq əldə olunacaq ki, bu da dünya üçün böyük rahatlıq deməkdir”, - Vuçiç bildirib.

O qeyd edib ki, Rusiya ilə Qərb arasında birbaşa münaqişədən heç kim nəticə ala bilməyəcək və  insan itkiləri baxımından sonluq İkinci Dünya Müharibəsindən daha ciddi ola bilər.