Ələt-Astara yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, rəsmi məlumata əsasən, qəza nəticəsində 2 nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onlar sürücü - Bakı şəhər sakini Səadət Fərəczadənin oğlu Səfər və qardaşı oğlu Riyad Hüseynovdur.
Bir qadın isə bazu sümüyünün sınığı ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti orta-ağır qiymətləndirilir.
Xatırladaq ki, ötən gün Ələt-Astara avtomobil yolunun 80-ci kilometrliyində Səadət Fərəczadənin idarə etdiyi “Hyundai” markalı minik avtomobili yolun kənarındakı maneəyə dəyərək aşıb.
Günel Hacı

Son xəbərlər
Son Xəbərlər