Qıcolması tutdu, su kanalına yıxılıb öldü

qicolmasi-tutdu-su-kanalina-yixilib-oldu
Oxunma sayı: 2386

Dünən İmişli rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 12 radələrində Hacıalmuradlı kəndinin ərazisində 1992-ci il təvəllüdlü Emil Cəlal oğlu Musayev su kanalında boğularaq ölüb.

Belə ki, qıcolma səbəbindən kanala yıxılan gənc sudan çıxa bilməyərək vəfat edib.

Faktla bağlı araşdırma aparılır.