“Qırmızı Kitab”a düşən quşları ovlayan ata və oğlu tutuldu

qirmizi-kitaba-dusen-quslari-ovlayan-ata-ve-oglu-tutuldu
Oxunma sayı: 1440

Zərdabda qanunsuz ovçuluq edən şəxslər saxlanılıb.

“Qafqazinfo” DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, Zərdab RPŞ-nin əməkdaşları Bəyimli qəsəbəsi ərasizində adları “Qırmızı Kitab”a düşən çöl quşları ovlayan Aleksandr Mirzəliyev və oğlu Roman Mirzəliyev saxlanılıblar.

Həmin şəxslərdən ov tüfəngi və patronlar aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.