Qızının qətlinə görə atası saxlanıldı - Yenilənib

qizinin-qetline-gore-atasi-saxlanildi
Oxunma sayı: 8040

Bu gün saat 4 radələrində Masallı rayonu Birinci Yeddioymaq kəndində evlərin birində qətl hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1996-cı il təvəllüdlü Fətullayeva Salatın Hüseyin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının atası 1969-cü il təvəllüdlü Şükürov Hüseyin Qurban oğlu saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı Masallı rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Qeyd olunub ki, noyabrın 7-də saat 05 radələrində Masallı rayonunun Yeddioymaq kənd sakini 1996-cı il təvəllüdlü Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1969-cu il təvəllüdlü Hüseyn Şükürovun qızı Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Şükürov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.