QMİ-dən idmançılara – - "Oruc tutmaya bilərsiz..."

qmi-den-idmancilara-
Oxunma sayı: 2474


Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, fətvada bildirilir ki, bu il orucluq Birinci Avropa Oyunlarının gərgin yarışlar dönəminə təsadüf edir.  Ramazanda idmançı rəqib qarşısında  daha  qüvvətli və şücaətli olmaq üçün oruc tutmaya bilər. Bununla bağlı səhih mənbələrdə bildirilir ki, belə səbəblərdən oruc tutmayan şəxslər onun qəzasını orucluqdan sonra yerinə yetirməlidirlər. Çünki, rəqiblə idman meydanında aparılan mübarizədə qalib gəlmək, Vətənin şərəfini qorumaq, bayrağını ucaltmaq – vacib və savab əməllərdəndir.