İranın Qum şəhərində İsrailin zərbələri nəticəsində iki nəfər həlak olub.
“Qafqazinfo” İran mediasına istinadən xəbər verir ki, daha 4 nəfər isə yaralanıb.
“Fars” agentliyinin məlumatına görə isə, İsfahan şəhərində də partlayış səsləri eşidilib.
Xatırladaq ki, İsrail ordusu İranın raket infrastrukturuna yeni hava zərbələri dalğasının başladığını elan edib.
Son xəbərlər
Son Xəbərlər