Rac Kapurun oğlu dünyasını dəyişdi

rac-kapurun-oglu-dunyasini-deyisdi
Oxunma sayı: 3600

Hindistanın tanınmış aktyoru və rejissoru Raciv Kapur 58 yaşında ürəktutmasından vəfat edib.  

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, əfsanəvi Rac Kapurun oğlu olan Raciv Mumbaydakı evində keçinib.

Ailədə Çimpu adlandırılan və bu ləqəblə tanınan aktyor atasının filmlərində çəkilib. O, tamaşaçılara daha çox "Asiman", "Qüdrətli", "Qanq, sənin suların bulanıqdır", "Sevgi kitabı" (rejissor - red.) filmləri ilə tanışdır.