Rahidə Baxışova və ailəsi - Fotosessiya

rahide-baxisova-ve-ailesi-fotosessiya-
Oxunma sayı: 49301

“Qafqazinfo”nun məlumatına görə, R. Baxışova 1979-cu il yeni il günü - 31 dekabrda Bakı şəhərində anadan olub. Ailənin ilki olan Rahidə bir bacısı və iki qardaşından fərqli olaraq incəsənətə xüsusi maraq göstərib.

1997-ci ildə müğənni "Sən öyrətdin" adlı mahnısı ilə hamının sevimlisinə çevrildi.
R. Baxışova on bir il öncə ailə həyatı qursa da bu evliliyin ömrü qısa olub. Hazırda müğənninin on yaşında bir oğlu var. Müğənni hətta ailəsinə və övladına görə bir müddət efirlərdən də uzaqlaşıb: “Ailə qurdum, oğlum oldu, ona başım qarışdı. Əvvəl subay idim, hər gün efirlərə çıxırdım. Amma indi uşaq var. Ona görə 8 il efirlərdə uzaqlaşdım”.

Qeyd edək ki, müğənni qız anası olmaq arzusundadır.

Nigar Məmmədli