“Range Rover” aşdı - Üç ailə üzvü yaralandı+Fotolar

range-rover-asdi
Oxunma sayı: 4662

Ucarda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Ucardan keçən hissəsində qeydə alınıb. “Range Rover”in sürücüsünün idarəetməni itirməsi səbəbindən avtomobil yoldan çıxaraq yuvarlanıb.

Qəza zamanı avtomobil yararsız hala düşüb. Maşında olan bir ailənin üzvləri -1970-ci il təvəllüdlü Firuzə İbrahimova, 2012-ci il təvəllüdlü İbrahimov Müseyib Rahib oğlu və 1989-cu il təvəllüdlü İbrahimova Humay Ramiz qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt bağlı araşdırma aparılır

Rəşad Türkoğlu