Fransa millisinin hücumçusu Kilian Mbappe “Real Madrid” klubu ilə müqavilə imzalayıb.
“Qafqazinfo” İspaniya mətbuatına istinadən xəbər verir ki, klub bu gün “Santyaqo Bernabeu” stadionunda forvard üçün təntənəli təqdimat mərasimi keçirib.
Mərasimdə 75.000-dən çox tamaşaçı və “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan iştirak ediblər.
Futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, klubda 9 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edirdi. İyunun 3-də “Real” Mbappeni transfer etdiyini açıqlayıb. Futbolçu kluba azad agent kimi keçib.
Onu da bildirək ki, Madrid “Real”ı ötən mövsüm Çempionlar Liqası, ölkə çempionatı və İspaniya Superkubokunda qələbə qazanıb.