“Real”dan ayrılan futbolçu “Bayer”ə keçdi

realdan-ayrilan-futbolcu-bayere-kecdi
Oxunma sayı: 1366

“Bayer” ispaniyalı futbolçu Lukas Vaskesi transfer edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Leverkuzen təmsilçisi ilə 34 yaşlı sağ cinah müdafiəçisi arasında müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, “Real”ın yetirməsi olan Lukas Vaskes əsas komandada 402 oyuna çıxıb, 38 qol və 73 məhsuldar ötürmə ilə yadda qalıb. O, Madrid təmsilçisi ilə 5 dəfə Çempionlar Liqasının qalibi olub.