Rəisi ilə Ərdoğan telefonla danışdı

reisi-ile-erdogan-telefonla-danisdi
Oxunma sayı: 2565

İran Prezidenti İbrahim Rəisi ilə türk həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb.

Danışıq zamanı zamanı ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi üçün tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

İki ölkə arasında əldə olunan razılaşmaların monitorinqi və həyata keçirilməsinin zəruriliyindən danışan Rəisi İranın Ankara ilə enerji sahəsində əməkdaşlığı gücləndirməyə və inkişaf etdirməyə hazır olduğunu qeyd edib.

O, həmçinin BMT Təhlükəsizlik Şurasının atəşkəs qətnaməsini qəbul etməsinə baxmayaraq, Qəzzada müharibənin davam etməsindən narahatlığını ifadə edib.

Ərdoğan da öz növbəsində Türkiyənin əldə olunmuş razılaşmaların həyata keçirilməsinə sadiq olduğunu bildirib.