Rəşad Sadıqov azarkeşləri belə sakitləşdirdi - Video

resad-sadiqov-azarkesleri-bele-sakitlesdirdi
Oxunma sayı: 5165

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasının qrup mərhələsində “Düdelanj”la oyunda baş verənlərdən sonra azarkeşləri sakitləşdirdiyi anların görüntüləri yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, oyundan yaranan fasilədən sonra tribunalara yaxınlaşan kapitan bütün diqqətlərin oyuna yönəldilməli olduğunu bildirib:

“Sizdən xahiş edirəm ki, heç kim meydana girməsin. Hər kəsi sakit olmağa çağırıram. Son xəbərdarlığı etmişik. Bütün diqqətimizi oyuna yönəltməliyik. Bizim üçün 3 xal çox vacibdir”.

Həmin anların videosunu təqdim edirik: