Rəşad Sadıqov məşqçisinə “Mercedes” hədiyyə etdi

resad-sadiqov-mesqcisine-mercedes-hediyye-etdi
Oxunma sayı: 7568

Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ”ın kapitanı Rəşad Sadıqov ilk məşqçisinə avtomobil hədiyyə edib.

Qafqazinfo” “Futbol+”a istinadən xəbər verir ki, bu barədə Sadıqovun ilk məşqçisi Vaqif Paşayev açıqlama verib.

Paşayev bildirib ki, təxminən 20 gün əvvəl yetirmələrindən olan Rəşad Sadıqov ona sürpriz edib: "Rəşad Sadıqov mənə "Mercedes” markalı avtomobil bağışladı. Hədiyyə görə, Rəşada təşəkkür edirəm".