“Rok ifa edən adam toya getməyə məcbur olmamalıdır”

rok-ifa-eden-adam-toya-getmeye-mecbur-olmamalidir
Oxunma sayı: 1631

“Bizdə musiqi sənayesi yoxdur, müğənnilər və s. var, amma sənaye yoxdur. Sənaye toydadır”.

“Qafqazinfo” xəbər verir ki, bunu prodüser və televiziya aparıcısı Emin Əfəndi “Gülüstan” sarayından keçirilən Musiqi Forumunda çıxışı zamanı bildirib.

“Çox gözəl toylar keçirilir. Güclü jazz musiqiçiləri toya gedib pul qazanır. Onlar böyük konsertlər vermirlər. Opera və Balet işçiləri də toya gedir. Gülüstan sarayında da toy olur. Rok ifa edən adam toya getməyə məcbur olmamalıdır. Demirəm ki toy pisdir. Yaxşıdır, olmalıdır. Televiziyaya çıxan da toya uyğun musiqi oxuyur ki onu çağırsınlar. Bizim musiqi biznesindən danışmaq çox tezdir. Ədliyyə Nazirliyi işləyir, amma sənaye özü işləmir”, aparıcı qeyd edib.

***

Bəstəkar, prodüser İsa Məlikov əlavə edib ki, hərdən kifayət qədər peşəkar musiqi uğur qazana bilmir:

“Çox vaxt eşidirəm ki, incəsənət və musiqi rəqəmlə ölçülə bilməz. Amma belə deyil. Müasir musiqi sənayesində rəqəmlər çox vacibdir: dinləmə, baxış, yükləmə sayı.

Hərdən kifayət qədər peşəkar musiqi uğur qazana bilmir. Bu sahədə çalışan marketinq menecerləri 0 dərəcəsindədir. Bakı Olimpiya Stadionunda İmagine Dragonsun konserti çox böyük izdiham yaratdı. Fikir səslənir ki, xaricilər stadionu doldurur, bizimkilər yox. Bizim musiqi təhsilimizlə kifayat qədər mütəxəssis yetişmir”.

Hüseyn Məmmədsalahov