Rövşən Nəcəf SOCAR-ın birinci vitse-prezidenti oldu

rovsen-necef-socar-in-birinci-vitse-prezidenti-oldu
Oxunma sayı: 16119

İqtisadiyyat nazirinin birinci müavini Rövşən Nəcəf vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə R.Nəcəf Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib.