Rus sülhməramlılar Qarabağı tərk edir? - Video

rus-sulhmeramlilar-qarabagi-terk-edir
Oxunma sayı: 19752

Bu gün səhər teleqram kanallarında Rusiya sülhməramlı kontingentinin hərbi texnika kolonu ilə Laçın dəhlizi vasitəsilə Xankəndini tərk etməsi barədə videogörüntülər yayılıb.

“Qafqazinfo” “Caliber”ə istinadən xəbər verir ki, ilkin ehtimallara görə, sözügedən sülhməramlı qüvvələr Ukraynaya göndəriləcək. 

Digər versiyaya görə, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının bir hissəsi Gümrüdəki 102-ci hərbi bazaya yerləşdiriləcək. Bu hərbi bazadakı hərbçilər isə öz növbəsində Rusiya ordusuna kömək etmək məqsədilə Ukraynaya göndəriləcək. 

Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.