Rusiya Aya missiya göndərdi - 47 il sonra

rusiya-aya-missiya-gonderdi
Oxunma sayı: 3052

Rusiya 47 ildən sonra ilk dəfə Aya missiya göndərib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, “Soyuz-2.16” raketi “Luna-25” planetlərarası stansiyası ilə “Vostoçnıy” kosmodromundan start götürüb. 

Proqrama əsasən, stansiyanın uçuşu 5 sutka davam edəcək. 

Cihaz təyinat nöqtəsində yerə endikdən sonra “Luna-25” stansiyası öz missiyasına başlayacaq ki, bunun da 1 il davam edəcəyi gözlənilir. 

Qeyd edək ki, Aya göndərilən missiya Rusiyanın müasir tarixində ilk belə hadisədir. Sovet dövründə daha əvvəlki “Luna-24” stansiyası 1976-cı ildə göndərilib.