Rusiya tərəfi Zelenskinin Polşaya qaçdığını iddia edir

rusiya-terefi-zelenskinin-polsaya-qacdigini-iddia-edir
Oxunma sayı: 7182

“Ukrayna Prezidenti Volodimir Zelenski ölkəni tərk edib və hazırda Polşadadır”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu iddianı Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz teleqram kanalında irəli sürüb.

“Zelenski Ukraynanı tərk edib. Ali Radanın deputatları Lvovda onun qəbuluna düşə bilmədiklərini deyiblər. O, indi Polşadadır”, - deyə Volodin qeyd edib.