Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun yeri məlum oldu - Yenilənib

rusiya-ukrayna-danisiqlarinin-ucuncu-raundunun-yeri-melum-oldu
Oxunma sayı: 7653

Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundu yaxın bir-iki gün ərzində baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşrinə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

O, danışıqların növbəti raundunun mümkün vaxtı ilə bağlı suala cavab olaraq, “Növbəti bir-iki gün ərzində” deyib. "Biz, digər məsələlərlə yanaşı, danışıqlar prosesinin bir hissəsi kimi, lazım gələrsə, düzəlişlər etmək üçün humanitar dəhlizlərin necə işləməyə başladığını qiymətləndiririk”, - Podolyak əlavə edib.

***

Ali Radada hakim "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamianın sözlərinə görə, Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu martın 7-də baş tutacaq.

***

David Araxamia əlavə edib ki, görüş Polşa-Belarus sərhədində keçiriləcək.