Rusiya Ukraynaya bu 6 tələbi irəli sürüb

rusiya-ukraynaya-bu-6-telebi-ireli-surub
Oxunma sayı: 14726

Rusiyanın Ukraynaya irəli sürdüyü 6 tələb üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, həmin tələbləri zn.ua etibarlı diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən dərc edib. Belə ki, Rusiya Ukraynadan tələb edir:

- NATO-ya daxil olmaqdan imtina. Ukraynanın neytral statusu.

- Rus dili ikinci dövlət dili elan olunacaq. Onu pozan bütün qanunların ləğvi.

- Krımın Ukrayna tərəfindən Rusiya ərazisi kimi tanınması.

- Qondarma DXR və LXR-in müstəqilliyinin Ukrayna tərəfindən tanınması.

- Denazifikasiya. Ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunların ləğvi.

- Ukraynanın demilitarizasiyası. İstənilən növ hücum silahlarından tamamilə imtina.