Rusiyada azərbaycanlı televiziya əməkdaşı təyyarə qəzasında öldü - Fotolar

rusiyada-azerbaycanli-televiziya-emekdasi-teyyare-qezasinda-oldu
Oxunma sayı: 9183

Rusiyanın Leninqrad vilayətinin Volxovsk rayonunda yüngülmühərrikli təyyarə qəzaya düşüb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə martın 8-də Potanino kəndi yaxınlığında baş verib.

İki nəfər həyatını itirib. Onlardan biri 40 yaşlı Azərbaycan vətəndaşı Müşfiq İbrahimovdur. Digərinin şəxsiyyəti müəyyənləşdirilməyib.

APA-nın yazdığına görə, M. İbrahimov əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışıb. O, əslən Quba rayonundandır. Ailəlidir, 3 övladı var.