Rusiyada prezident seçkiləri davam edir

rusiyada-prezident-seckileri-davam-edir
Oxunma sayı: 2727

Rusiyada martın 15-i start verilən prezident seçkiləri davam edir.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyası hazırda ümumi seçici fəallığının 36,12 faiz təşkil etdiyini açıqlayıb.

Seçkilərin ilk günü paytaxt Moskvada 3 milyona yaxın insan səs verib.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15, 16 və 17-si olmaqla ilk dəfə 3 gün ərzində baş tutacaq. Ölkə prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparır. Rusiyanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini martın 18-i günün birinci yarısında açıqlayacaq.