Rusiyada təyyarə qəzası - Ölənlər var+Yenilənib

rusiyada-teyyare-qezasi
Oxunma sayı: 4541

Rusiyanın Ryazan şəhərində təyyarə qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Ryazan vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

TASS-a mənbənin verdiyi məlumata görə, təyyarə qəzaya uğradıqdan sonra yanğın baş verib. Agentliyin həmsöhbətinin sözlərinə görə, İl-76 nəqliyyat təyyarəsi düşüb. Artıq yanğın söndürülüb.

Təyyarənin göyərtəsində 10 nəfər olub. Mənbənin sözlərinə görə, 5 nəfər xəsarət alıb.

***

Ryazanda qəzaya uğrayan İl-76 təyyarəsində ölənlərin sayı ilkin məlumatlara görə 4 nəfərə çatıb.

Bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib.

“Təyyarə mühərrikin qəfil alışması nəticəsində qəzaya uğrayıb. 4 nəfər ölüb, beşi xəstəxanaya yerləşdirilib”, - mənbə bildirib.