Rusiyalı polkovnik öldürüldü - Video

rusiyali-polkovnik-olduruldu
Oxunma sayı: 7154

Ukraynanın Kiyev vilayətinin Bovarı rayonunda gedən hərbi əməliyyatlar zamanı rusiyalı polkovnik A. Zaxarov öldürülüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Həmçinin batalyon-taktiki qrupun şəxsi heyəti və texnikası itkilərə məruz qalıb.

Bu səbəbdən diviziyalar geri çəkilməyə və müdafiə pozisiyasına keçməyə məcbur olub.

İdarə A. Zaxarovun öldürüldüyü anın görüntülərini də yayıb.