Sahibkar qəzada vəfat etdi - Fotolar

sahibkar-qezada-vefat-etdi
Oxunma sayı: 12312

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Təzə yol adlanan ərazisində qeydə alınıb.

“Hyundai” markalı avtomobil traktorla toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü olan Elçin adlı şəxs hadisə yerində vəfat edib.

Onun Biləsuvarda mobil telefon mağazası sahibi olduğu bildirilir.