“Salfetin içində narkotik verilir” xəbərini o yayıb - Video

salfetin-icinde-narkotik-verilir-xeberini-o-yayib
Oxunma sayı: 8128

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı iddialar yayılmışdı. 

DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, həmin məlumatları yayan şəxs - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov polis tərəfindən saxlanılıb. 

O, etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərinin diqqətini üzərinə yönəltmək olub.

Xəbəri rus dilində oxuyun: Фото полковника, арестованного по "Тертерскому делу"

Самеддин Мамедов вышел на свободу

Микаил Джаббарорв назначил еще одного советника

Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Həmçinin oxuyun: Uşaqların satdığı salfetin içinə narkotik qoyulur?

Qeyd edək ki, DİN məsələni araşdırdıqdan sonra salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması barədə açıqlama yaymışdı.