Sarkisyan Əliyevlə görüşmək istəyir

sarkisyan-eliyevle-gorusmek-isteyir-
Oxunma sayı: 4079


“Qafqazinfo” xəbər  verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, avqustun 9-u Sarkisyanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü nəzərdə tutulub. 

Putinin prezident İlham Əliyev və Serj Sarkisyanla ayrı-ayrılıqda görüşü planlaşdırılsa da, Ermənistan tərəfi üçtərəfli görüşə hazır olduğunu bəyan edib. Sarkisyan prezident İlham Əliyevlə görüşə və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli yollarını müzakirə etməyə hazır olduğunu bəyan edib.