Sayğacda gizlədilən açarla evə oğurluğa girdi

Sayğacda gizlədilən açarla evə oğurluğa girdi
Oxunma sayı: 994

Bakıda evdən oğurluq etməyə cəhd edən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, avqustun 5-də saat 15 radələrində naməlum şəxs Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən mənzillərdən birinin qapısını işıq sayğacında gizlədilən açarla açaraq evə daxil olub. Həmin şəxs evdə olan 5 min manat pulu oğurlamağa cəhd edib.

Faktla bağlı cinayət işi başlanılıb və oğurluğa cəhddə şübhəli bilinən, Salyan rayon sakini, 35 yaşlı İ.Məmmədov tutulub.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi