“Saziş istəyirlər, qərarı mən verəcəyəm”

sazis-isteyirler-qerari-men-vereceyem
Oxunma sayı: 491

ABŞ Prezidenti Donald Tramp İranla sülh dialoqunun məqsədəuyğunluğu barədə şəxsən qərar verəcəyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünə məxsus “Truth Social” sosial şəbəkəsində yazıb.

“İran tez və qətiyyətli şəkildə saziş bağlamaq istəyir. ABŞ-nin danışıqlara başlayıb-başlamaması barədə qərarı mən verəcəyəm, çünki biz bu konsepsiyaya açığıq”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. İyunda tərəflər Hörmüz boğazında gəmiçiliyi bərpa etmək və münaqişəni dayandırmaq üçün müvəqqəti razılaşma imzalasalar da, sonradan bu anlaşma pozulub. Tərəflər arasında bir neçə dəfə vasitəçilərin iştirakı ilə görüşlər keçirilsə də, yekun qərar qəbul edilməyib.