Seçkilərdə topladığı 3,21 faiz səsdən razı olduğunu dedi

seckilerde-topladigi-321-faiz-sesden-razi-oldugunu-dedi
Oxunma sayı: 1588

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Leonid Slutski ölkədə keçirilən prezident seçkilərinin nəticələrindən razı qaldığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

O, seçki zamanı özünə səs verdiyini deyib və bildirib ki, burada əsas olan qələbə deyil, iştirakdır.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 99,7 faizinin hesablanmasına əsasən, Slutski 3,21 faiz səs toplayıb. Ölkənin hazırkı dövlət başçısı Vladimir Putin isə 87,31 faiz səslə liderdir.

Xatırladaq ki, Rusiya MSK seçkilərin yekun nəticəsini martın 21-i açıqlayacaq.