Səfərovların yas mərasimi Ağcabədidə keçiriləcək

seferovlarin-yas-merasimi-agcabedide-kecirilecek
Oxunma sayı: 3356

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların 3-7 yas mərasimi 6 iyul (bazar günü) Ağcabədidə, Səfərovların ata evində saat 11:00-dan etibarən keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Aşura məclisləri, Məhərrəmliklə bağlı əksər böyük məscidlərimizdə ehsan mərasimləri ilə bağlı sıxlıq yarana bilər deyə, 5 iyul tarixində Heydər məscidində keçirilməsi nəzərdə tutulan yas mərasimi təxirə salınır.

Qeyd edək ki, Səfərov qardaşları ötən gün Ağcabədidə dəfn olunublar. 

Allah rəhmət eləsin!