Şəhid gizirin medalı oğluna verildi- - Fotolar

sehid-gizirin-medali-ogluna-verildi-
Oxunma sayı: 6344


Bu gün şəhid gizir Almasov İsa Ziyad oğlu hərbi xidmətdə göstərdiyi şücaətə və xidmətlərinə görə üçüncü dərəcəli medalla təltif edilib. 

“Qafqazinfo”nun cəbhə xəttinə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, medalı şəhidin oğluna general-leytenant, milli qəhrəman Rövşən Əkbərov təqdim edib. 

Yas mərasiminə generla-leytenantla yanaşı, Qazax rayonu icra başçısı Ayaz Əsgərov da qatılıb.

Qeyd edək ki, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu ötən gün cəbhə xəttində gedən atışmalarda düşmən gülləsinə tuş gələrək şəhid olub.

Allah rəhmət eləsin!

İqbal Aslanov

Fotolar müəllifə məxsusdur: