Goranboy rayonu daha bir şəhid verib.
“Qafqazinfo”ya bu barədə məlumatı rayonun icra başçısı Nizaməddin Quliyev verib. O, hazırda dəfnə getdiyini bildirib.
1995-ci il təvəllüdlü, kəşfiyyatçı gizir Hüseynov Bəxtiyar Rəfael oğlu Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin meyiti dünən erməni tərəfdən təhvil verilib və hazırda doğulduğu kənddə dəfn olunur.




Son xəbərlər
Son Xəbərlər