Şəhidimiz II Fəxri Xiyabanda dəfn olundu - Foto

Şəhidimiz II Fəxri Xiyabanda dəfn olundu
Oxunma sayı: 9419

İtkin hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

"Qafqazinfo"nun məlumatına görə, söhbət 2002-ci il təvəllüdlü Mehdiyev İsmayıl Davud oğlundan gedir.

Əslən Zəngilanın Mincivan qəsəbəsindən olan İsmayıl, ailəsi ilə sonuncu dəfə oktyabrın 19-da əlaqə saxlaya bilmişdi. Daha sonra ailəsi noyabrın 7-də İsmayılın Xocavənddə olduğunu öyrənə bilib. Həmin gündən sonra isə döyüşcü ilə əlaqə saxlamaq mümkün olmayıb. Məlumata görə, o, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidimiz bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb. Qeyd edək ki, Mehdiyev İsmayıl Heydər Əliyev adına Hərbi Liseyin kursantı olub. O, Vətən Müharibəsi başlayanda ərizə yazıb könüllü olaraq döyüşlərə qatılmışdı.

Emin Səfərov