Səhiyyə sistemi ilə bağlı yenilik - Nazir açıqladı

sehiyye-sistemi-ile-bagli-yenilik
Oxunma sayı: 6447

“Səhiyyə Nazirliyinin nəzdində vahid səhiyyə çağrı mərkəzi yaradılacaq. Hər kəs müraciət edərək səhiyyə, tibblə bağlı istənilən sorğusunu verərək probleminin həllinə, cavablandırılmasına nail olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında bildirib. 

O qeyd edib ki, nazirliyin veb saytından da müraciətlər qəbul olunacaq və cavablandırılacaq. Həmçinin kağız daşıyıcılar üzərindən müraciətlər də inkar olunmur. 

Nazir bildirib ki, qarşıdakı 5 ildə rəqəmsal səhiyyə strategiyası hazırlanır. Bu yaxınlarda hazırlanıb təqdim olunacaq. 

T. Musayev əlavə edib ki, Səhiyyə Nazirliyi ölkənin səhiyyə sahəsində mərkəzi icra hakimiyyəti orqanı olduğundan ölkədə səhiyyənin transfortmasiya ofisi yaradılacaq. Bütün səhiyyə orqanları həmin ofisdə təmsil olunacaqlar. Bununla da münasibətləri daha da optimallaşdıraraq Azərbaycan vətəndaşlarının məmnunluğu təmin ediləcək. 

Gülnar Əliyeva