Şəmkirdə 39 yaşlı qadın öldürüldü - Qardaşı oğlu tərəfindən

semkirde-39-yasli-qadin-olduruldu
Oxunma sayı: 7698

Şəmkirdə qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, rayon sakini 39 yaşlı Aynurə Zamanova bıçaqlanaraq qətlə yetirilib. İlkin məlumata görə, əri vəfat edən qadın qardaşı oğlu tərəfindən öldürülüb.

Öldürülən qadın Şəmkir rayon Poliklinikasında işləyir və bir övladı var. Qətlin qısqanclıq zəminində törədildiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli